AZ
Video yüklə

Sumqayıtda bir qrup polis əməkdaşı mükafatlandırılıb

10 baxış Son xəbərlər
Polis işçilərinin peşə bayramı münasibəti ilə Sumqayıtda tədbir təşkil olunub.

Öncə Ulu Öndər Heydər Əliyevin heykəli ziyarət edilib.

Daha sonra, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazovun təbrik məktubu oxunub.

Tədbirin davamında qeyd olunub ki, 1918-ci il iyulun 2-də əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Ulu öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu diqqət və qayğının bariz təcəssümüdür.

Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Polis İdarəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və pul mükafatları verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.