AZ
Video yüklə

Sumqayıt-Saray marşrutu bağlanıb - sakinlər çətinlik çəkir

31 baxış Son xəbərlər
Abşeron rayonunda marşrut xəttinin bağlanması sakinləri çətinliyə salıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Abşeron rayonunun Saray qəsəbəsindən gedir. Sumqayıta və əks istiqamətdə qəsəbənin məhəllələrinə işləyən 522 saylı marşrut xəttinin fəaliyyəti dayandırılıb. Bu da bu xəttdən istifadə edən insanların narazılıgına səbəb olub.
Sakinlər bildirir ki, abtobusların işləməməsinə görə uzun məsafəni piyada qət etməli olurlar.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-dən isə bildirdilər ki, bu qadağa şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsinə xidmət edir. Buna səbəb isə həmin marşrut avtobuslarının kiçik həcmli olması və standartlara cavab verməməsidir. Yaxın günlərdə həmin xətt iritutumlu avtobuslarla təmin ediləcək və yaranan problem aradan qaldırılacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.