AZ
Video yüklə

Sülhməramlılarımız vətənə qayıdıb

7 baxış Son xəbərlər
Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı bölməsi Ankaradan Vətənə gəldi.

Sülhməramlıların qarşılanma mərasimində əvvəlcə Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Dövlət Himni səsləndirildi, mərasimdə edilən çıxışlarda Azərbaycanlı sülhməramlılar tərəfindən Əfqanıstanda qarşıya qoyulan tapşırıqların uğurla icrasından bəhs edildi.

Qarşılanma mərasimindən sonra hərbi marşın sədaları altında sülhməramlıların şəxsi heyətinin təntənəli keçidi baş tutd

Sülhməramlıları qarşılamağa yaxınları da gəlmişdi.

Qeyd edək ki, 2002-ci ildən 22 nəfərlik heyətlə Əfqanıstanda xidmətdə olan Azərbaycanlı sülhməramlıların sayı 2018-ci ildə 120 nəfərə çatdırılıb. Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.