AZ
Video yüklə

Şoyqu qəfildən ora getdi: Bu nə işdir belə?

384 baxış Son xəbərlər
Rusiyanın müdafiə naziri Sergey Şoyqu gözlənilmədən Moskvadakı hərbi komissarlıqlardan birinə daxil olub və oradakı iş şəraitindən narazılıq ifadə edib.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, müdafiə naziri hərbi komissarlıqda otaqlardan birinə gözlənilmədən daxil olub. Orada işləyən qadınlar naziri görəndə özlərini itiriblər, müdafiə naziri isə hərbi komissarlıqda iş şəraitindən narazılıq edib.

“Sizdə mikrodalğalı soba var, soyuducu var, amma başqa hərbi komissarlıqla “elektron” ilə əlaqə saxlamaq üçün kompüterlər yoxdur. Yuvacıq, poçt... Siz hansısa partizanlarsız ki, ağac oyuğuna məktub doldurursuz? Bu nə işdir belə?!” - Şoyqu bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.