AZ
Video yüklə

"Soruşurlar ki, böyük oğlunuz hardadır?"

1 102 baxış Son xəbərlər
Aparıcı Xoşqədəm Hidayətqızı yeni açıqlaması ilə diqqət çəkib.

O "Səni axtarıram" proqramında böyük oğlundan danışıb.

Hidayətqızı bildirib ki, sosial şəbəkə istifadəçiləri ondan tez-tez böyük oğlu ilə şəkil paylaşmamağının səbəbini soruşurlar:

"Bir də görürsünüz ki, mənə böyük oğlumla bağlı yazırlar. Uşaqlarım qucağımda olan şəkil paylaşıram. Yazırlar ki, "Sizin böyük oğlunuz hardadır?". Bu an məni gülmək tutur. 18 yaşım var idi, ata-anaya baxırdım. Ata-anam üçün gecələr yatmayıb pul qazanırdım ki, onları çadır şəhərciyindən çıxarım. Məcburi köçkün idilər. Atam-anam ac-susuz qalmasın deyə gecələr belə yatmadan çalışırdım. 28 yaşında oğlanı ana qucağına alıb gəzdirməlidir? 28 yaşlı kişi bir ailə başçısı olur. Mən 18 yaşımda bir qəzetdə işləyirdim. Qucağımda da körpəm var idi".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.