AZ
Video yüklə

Solovyov ABŞ ekspertini buna görə studiyadan qovdu

31 baxış Son xəbərlər
Rusiyalı aparıcı Vladimir Solovyev amerikalı ekspert Qriqori Vinnikovu Suriyada öldürülən rusiyalı pilot Roman Filipovun xatirəsini təhqir etdiyinə görə müəllifi olduğu “Vladimir Soloyevlə axşam” proqramından qovub.

Kult.az xəbər verir ki, proqram zamanı Rusiya Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonov ölən zabitin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Bundan sonra Vinnikov Filipova ölümündən sonra orden verilməsini və mərhumun özünü tənqid edib. Onun bu addımı ekspertlərin etirazına səbəb olub və Solovyev onun studiyanı tərk etməsini istəyib:

“Qreq, mən başa düşürəm ki, bu qəribə səslənir, amma yenə də xahiş edirəm, studiyanı tərk edin. Dəfn günü ölən insana qarşı bu cür şərhlər onun ailəsinə, Rusiyaya, Suriyada döyüşən bütün insanlara hörmətsizlikdir”.

Qeyd edək ki, Rusiyanın Su-25 bombardımançısı fevralın 3-də Suriyada vurulub. Mayor Roman Filipov katapult etsə də, terrorçularla atışmada həlak olub.

Onun nəşi Türkiyənin müdaxiləsi ilə alınaraq, Rusiyaya göndərilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.