AZ
Video yüklə
Siyavuş Novruzov istefa verdi

Bu video hazırda oynadıla bilmir.

Siyavuş Novruzov istefa verdi

2 181 baxış Son xəbərlər
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib. Bu barədə "Report"a YAP-ın Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, S.Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının karantin qaydalarının pozularaq təşkil olunduğu toy mərasimində iştirak edib. Nəticədə S.Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.