AZ
Video yüklə

Seymur Həzi azadlığa buraxıldı

9 baxış Son xəbərlər
AXCP funksioneri Seymur Həzi cəza müddəti başa çatdığı üçün həbsdən azad edilib.

APA TV-nin məlumatına görə, bu barədə onun həyat yoldaşı Nigar Həzi "Facebook" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.