AZ
Video yüklə

Səudiyyəyə ballistik raket zərbəsi

31 baxış Son xəbərlər
Yəməndən Səudiyyə Ərəbistanına daha bir ballistik raket atılıb.



APA TV-nin məlumatına görə, xəbəri Səudiyyə mətbuatı yayıb.

Yəmənlə sərhəddən atılan ballistik raketin müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilir. Raketin Necran şəhəri yaxınlığında məhv edildiyi qeyd olunub.



"El Mesire"nin xəbərinə görə, husi birlikləri Səudiyyə Ərəbistana qarşı həyata keçirilən qısa mənzilli ballistik raket yoxlamasının uğurlu keçdiyini bildirib.



Yəmən tərəfi səudiyyəlilərə aid bir silah deposunun dağıdıldığını, Necran, Asir və Cizandakı hərbi mövqelərin ağır silahlarla vurulduğunu iddia edir.



Xatırladaq ki, bütün baş verənlərə cavab olaraq Səudiyyə qırıcıları Yəmənin müxtəlif bölgələrini bombalayır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.