Sərnişinlərin həyatı ilə “oynayan” avtobus sürücüləri yenidən “fəallaşıb”
69 baxış
Son xəbərlər
Bakıda
ictimai nəqliyyatın əsas hissəsini təşkil edən müntəzəm marşrut avtobusları ilə
bağlı şikayətlər uzun illərdir ki, mövcuddur. Cəmiyyətdə “avtobus sürücüləri
necə gəldi sürür”, “yol polisi avtobus sürücülərini cərimələmir” kimi fikirlər
olub və indi də var.
Bir müddət öncə Bakı Nəqliyyat Agentliyinin fəaliyyətə başlamasıyla bu sahədə bəzi
dəyişikliklər oldu. “BakuBus” MMC-yə məsxus avtobusların xəttə buraxılması,
eyni zamanda daşıyıcı şirkətlərin yenilənməsi qanun pozuntularını qismən
azaltdı.
Son bir neçə ayda avtobus sürücüləri yenidən “fəallaşıb”.
Hətta “BakuBus” MMC-yə məxsus avtobusların sürücüləri belə, qayda pozmaqdan çəkinmir.
İşıqforun qadağanedici nişanının tələbləri pozulur, dayanacaqdan kənarda sərnişin
düşürmə halları baş verir. Həmçinin bir neçə dəfə qəza hadisələri də olub. BNA tərəfindən yeni
daşıyıcı şirkətlərin xidmətə cəlb edilməsi, yeni avtobusların gətirilməsi ilə nəticələndi.
Sərnişinlər indi daha rahat və təmiz avtobuslarda, səliqəli geyimli sürücülərin
idarəsində mənzil başına çatırlar. Amma elə bu səliqəli geyimli sürücülər, təmiz
avtobuslarla insanların həyatını təhlükəyə atır.
Hələ ki, dəyişməyən xətlər və köhnə avtobuslar isə şəhər küçələrində sözün həqiqi
mənasında at oynadır. Xüsusilə əks istiqamətə çıxaraq hərəkət etmək, həmçinin
sükan arxasında mobil telefondan istifadə, siqaret çəkmək kimi hallar sərnişinlərin
narazılığına səbəb olur. Qrafikə gecikən sürücü sanki şəhərdə F1 yarışlarına
hazırlaşırmış kimi avtobus idarə edir. Nəticədə isə ağır yol qəzaları baş verir
ki, sərnişinlər həyatını itirir, yaralanırlar.
Avtobus qəzaları təəssüflər olsun ki, kütləvi
xəsarətlə nəticələnir. Burada
marşrut xəttində istismarda olan avtobusun texniki nasaz olması ilə yanaşı əsas
faktor sürücülərdir. Bir çox daşıyıcı şirkətlər sürücü qəbul edərkən onu
araşdırmır, təcrübəsi ilə maraqlanmır. Həmçinin sürücülər reysqabağı tibbi
müayinədən sadəcə formal olaraq keçirilir. Sonda isə qəzada insanların həyatı təhlükə
altına düşür.
Bakı Şəhər
Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov isə
bildirib ki, yol polisinin əsas vəzifəsi təhlükəsiz və fasiləsiz hərəkətin
təşkilidir:
"Təbii
ki, qayda pozan sürücülərə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələr
tətbiq olunur. Bu, Bakı şəhərində fəaliyyət göstərən marşurut avtobuslarına da
aiddir. Hazırda həm xüsusi texniki vasitələrin köməyi ilə, həm də xidmət aparan
YPX əməkdaşı qayda pozan avtobus sürücüləri barəsində inzibati tənbeh tədbirləri
görür."
Şöbə rəisi bildirib ki, inspektor qayda pozuntusu aşkar etdikdə sərnişinləri nəzərə
alaraq həmin an avtobusu saxlamır:
"Sərnişinlərin rahatlığı mütləq nəzərə alınır. Odur ki, YPX əməkdaşları
qayda pozuntusu barəsində həmin marşrut avtobuslarının sonuncu dayanacağında
xidmət aparan inspektora məlumat verirlər. Burada həmçinin xüsusi texniki vasitələrin
aşkarladığı görüntülər də təqdim olunur və sürücü barəsində inzibati qaydada
protokol tərtib edilir."
Vaqif Əsədov sosial şəbəkələrdə avtobus sürücülərinin qayda pozmasını əks etdirən
video və foto görüntülər məsələsinə də aydınlıq gətirib. O bildirib ki, həm
sosial şəbəkələrdə, həm də mətbuatda yer almış bütün məlumatlar araşdırılır və
müvafiq olaraq hüquqi qiymət verilir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.