AZ
Video yüklə

Sərnişin avtobusu sürücüləri sürət artırıb yarışdılar

557 baxış Son xəbərlər
Havalimanı yolunda iki eyni marşrut xətti üzrə işləyən sərnişin avtobusu sürücüləri yarışıblar.

YPX.AZ xəbər verir ki, həmin yolun sürət həddi 110 km/saat olan hissəsində 136 nömrəli marşrut xətti üzrə işləyən 90 ND 353 və 90 SH 148 dövlət qeydiyyat nişanlı avtobusların sürücüləri hərəkət sürətlərini 100-110 km/saat-a qaldıraraq yolda yarışıblar. Sürücülər yolda yarış təşkil edərkən avtobuslarda sərnişinlərin olduğu da görünür.

Qeyd edək ki, yol hərəkəti haqqında qanuna əsasən şəhərdaxili marşrut xəttləri üzrə işləyən avtobusların 70 km/saat sürətlə hərəkət etmələrinə icazə verilir. Ancaq sözügedən avtobus sürücüləri sürət həddini 30-40 km/saat aşıb yarışmaqla sərnişinlərin həyatını təhlükəyə atıblar.

Yarışan avtobus sürücülərinin bu əməlləri digər hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.