AZ
Video yüklə

Sərhədə yaxın kəndlərdə vəziyyət nə yerdədir?

8 baxış Son xəbərlər
Ermənistan Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tututub və ötən gün genişmiqyaslı təxribatlar törədib.

APA TV-nin əməkdaşları dövlət sərhədinin Daşkəsən hissəsində və Daşkəsənin Kəlbəcərlə həmsərhəd kəndlərində olub.

Daşkəsən rayonunun Kəlbəcərlə sərhəd hissəsində atəş səsləri ötən gün gecə saatlarından eşidilməyə başlayıb.

Qabaqtəpə kəndi ilə bərabər, Alaxançallı və Astaf kəndlərində də hərbi əməliyyatlar aydın müşahidə edilib.

Daşkəsəndə kəndlərə ziyan dəyməsə də, rayon rəhbərliyi və yerli hüquq mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq cəbhəyanı kəndlərə baş çəkir və əhali ilə sıx təmasdadırlar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.