AZ
Video yüklə

Sərhəddə erməni təxribatları davam edir

11 baxış Son xəbərlər
Bölgədə sülhün əldə olunmasıyla əlaqədar Azərbaycanla Ermənistan arasında ciddi danışıqların getdiyi bir vaxtda sərhəddə ard-arda törədilən təxribatlar prosesin ləngiməsinə səbəb olur desək heç də yanılmarıq. Elə bundan irəli gəlir ki, son 10 gündə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun yaşayış məntəqələrində yerləşən ordumuzun mövqelərini fasilələrlə atəşə tutur. Görülmüş qəti tədbirlər nəticəsində hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. 44 günlük Vətən müharibəsinə qədər dövrdə olduğu kimi bu dəfə də təxribatlara əl atan Ermənistan, görünür nələrəsə ümid edir və qonşuluq siyasəti yürütmək niyyətində deyil.

Sülhə dair danışıqların başlanması ilə bağlı müzakirələrdə manevr edə bilmək üçün İrəvanda müxalif qüvvələr baş nazir Nikol Paşinyanı devirməyə cəhd edərək həm də sülhün əldə olunmasını gecikdirirlər. Daxili siyasi vəziyyətin gərginləşməsi ilə müşahidə edilən mövcud reallıqdan da göründüyü kimi, bəzi qüvvələr böhran vəziyyətini sərhəddəki təxribatlarla kompensasiya etməyi nəzərdə tutur.

Beləliklə, Ermənistan bölgədə sülhün bərqərar olması üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi təqdirdə şübhəsiz ki, Azərbaycan xarici siyasət istiqamətləri ilə bağlı ciddi qərarlar qəbul edəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.