Şəkidə tütün şitilləri sahələrə köçürülüb
51 baxış
Son xəbərlər
Şəkidə istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Bu mövsümdə rayonda 1065 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Xezerxeber.az-ın məlumatına görə, əlverişli hava şəraiti olmasa da, istixanalarda yetişdirilən tütünlər sahələrə köçürülür. Şəkidə tütün becərən fermerlər deyir ki, bu il tütün sahələrini bir az genişləndiriblər. Tütünün keyfiyyəti və məhsuldarlığına görə Amerika sortlarına üstünlük verilir. Şəkinin Suçma, Cumakənd, Şorsu, Baş Göynük və Aşağı Göynük kəndlərinin ərazilərindəki təsərrüfatlarda 50 hektaradək sahəyə tütün şitili köçürülüb. Proqnoza əsasən, builki mövsümdə şəkili fermerlər 562 hektarda "Virciniya botaniki" növlü, 503 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.