Səfər Mehdiyev Kəmaləddinin adını gömrük tarixindən sildi
834 baxış
Son xəbərlər
“Dövlət Gömrük Komitəsinin tarixinə həsr olunan kitabda nə Kəmaləddin Heydərovun, nə də Aydın Əliyevin adı var”
Bunu millət vəkili Etibar Əliyev deyib. O, bildirib ki, Azərbaycanda hər yeni vəzifəyə gələn məmurun özündən əvvəlkinin bütün izlərini silməsi ənənəsi çoxdan mövcuddur və hazırda da bu tendensiya “uğurla” davam etdirilir. “Nazirlər, komitə sədrləri, icra başçıları, hətta universitet rektorları da rəhbərlik etdikləri qurumlarda sələflərinə aid heç bir iz saxlamaq istəmirlər. Əksər hallarda həmin qurumlarda keçirilən tədbirlərdə, yubileylərdə, hətta onların fəaliyyəti, tarixi barədə çap edilən kitablarda belə “sabiqlər”ə yer yoxdur. Özü də fərq etmir, onlardan öncəki məmurlar yaxşı işləyiblər, yoxsa vəzifədən birbaşa həbsxanaya yollanıblar”.
E. Əliyev xatırladır ki, BDU-nun 95 illiyi ilə bağlı universitetin o vaxtkı rektoru Abel Məhərəmovun çap etdirdiyi kitab demək olar ki, bütövlükdə onun özünə həsr olunmuşdu. BDU-nun hazırkı rektoru da A.Məhərrəmova və digərlərinə münasibətdə eyni mövqedədir. “Yəni ki, “ənənə” yaşayır”.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.