Şəbnəm Tovuzlu həmkarına: Başın əziləcək!
10 749 baxış
Son xəbərlər
Müğənni Şəbnəm Tovuzlu iranlı həmkarı Peyman Keyvani ilə qalmaqal yaşayıb.
Buna səbəb iranlı müğənninin Şəbnəmin onun mahnısını icazəsiz oxuduğunu və onu məhkəməyə verəcəyini deməsi olub.
Şəbnəm Tovuzlu isə cavabında onu hədələyib:
“Peyman Keyvani, sözüm sənədir, video zad çəkirsən, özünü reklam edirsən, ayıbdır, bu, kişiyə yaraşan hərəkət deyil. Sən 4 il bundan əvvəl mənim oxuduğum mahnını şikayət etmisən, sən mənim “YouTube” kanalımın yanından belə keçə bilməzsən, o kanalı bağlatdırmaq sənin başın üçün deyil! Və biz səndən icazə alıb mahnını oxumuşduq, efirlərdə də dəfələrlə təşəkkürümü bildirmişəm. Əgər sənə mənim üzərimdən reklam lazımdırsa, mən səni yetəri qədər reklam etdim. Bir az ağıllı ol, sakit ol. Sənin bir balaca hörmətin var idisə, onu da itirdin. Nə olub ölüm oldu? Dünya dağılıb? Neylədim sənin mahnına, daha yaxşı oldu, əvvəl səni 5 adam tanıyırdısa, indi 20 adam tanıyır. Bunun nəyi pisdir?
Haqqımda danışdıqlarına fikir ver! Məhkəməyə verirsənsə, əlindən gələni ardına qoyma. Etməsən, kişi deyilsən! Və adımı çəksən bundan sonra sənin üçün daha pis olacaq! Ağıllı ol!
Kişidə bir az centlmenlik olar. Etdiyin söyüşlərə görə başın çox ağrıyacaq! O söyüşlər sənə çox baha başa gələcək. Sən bir mahnıya görə bu boyda millətə, dövlətə söymüsən. Qoy sənin fanatların da bunu bilsin. Sənin başın əziləcək!”

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.