Sahə əməliyyatları üçün 24 ambulans ayrılıb
66 baxış
Son xəbərlər
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) maddi-texniki bazasının genişləndirilməsi məqsədilə yeni təcili tibbi yardım nəqliyyat vasitələri əldə edib. Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Agentliyə təhvil verilən 24 ədəd ambulans işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə olunacaq.
Xüsusi təyinatlı nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulan buz çantası, buz konteyneri, tibbi xərək, onurğa zədələri üçün xərək, oksigen balonu, defibrillyator və zədə çantası kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə imkan verir.
Təcili tibbi yardım nəqliyyat vasitələri yolsuzluq şəraitində rahat və təhlükəsiz hərəkət üçün nəzərdə tutulub.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.