AZ
Video yüklə

Sağlam qidalanma vərdişlərini uşaqlara necə aşımalı?

40 baxış Son xəbərlər
Uşaqların sağlam qidalanma vərdişləri mövzusunda yeni videoçarx hazırlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib.

Yeni videoçarxda valideynlər tərəfindən uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanması tövsiyə olunur. Maarifləndirici videoçarxda bəzi hazır qidaların uşaqlar üçün daha cəlbedici olmasına baxmayaraq, onların bununla bağlı öz valideynləri tərəfindən vaxtında məlumatlandırılması və düzgün istiqamətləndirilməsinin vacibliyi diqqətə çatdırılır.

Qeyd olunur ki, AQTA fəaliyyətə başladığı ilk gündən etibarən məktəb yaşlı uşaqların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə xüsusi diqqət yetirir və mütəmadi olaraq uşaqlar üçün maraqlı layihələr təşkil edir. Xüsusi ilə Agentliyin “Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən tədbirlərə bu günə qədər 20 minə yaxın məktəbli cəlb olunub, onlara sağlam qida vərdişləri aşılanıb.

Sağlam qidalanma vərdişlərinə həsr olunan yeni videoçarx da bu sahədə aparılan təbliğat və təşviqat işlərinin növbəti mərhələsini təşkil edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.