Sabah Milli Məclisin iclası keçiriləcək

  • 08.04.2020
  • 0

Sabah – aprelin 9-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Sabahkı iclasın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı; 2. Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi; 3. "Milli Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş); 4. "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş); 5. "Milli Məclisin komitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş). 6. "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (II oxunuş). Facebook: https://www.facebook.com/yenigenceqez... Instagram: https://www.instagram.com/yenigence_/ Web Sayt: http://www.yenigence.com E-mail: [email protected] Əlaqə: (022) 252 11 60

Nə düşünürsən?