AZ
Video yüklə

Sabah Aşura günüdür

22 baxış Son xəbərlər
Sabah Məhərrəm ayının 10-cu günü,yəni Aşuradır. Pandemiya səbəbindən ötən ildən etibarən məscidlərdə insanların geniş şəkildə toplanması qadağan edilib.

Bunu REAL TV-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. Bildirib ki, bu il isə cəmi 50 nəfər olmaqla məhdud sayda insanla bu mərasim məscidlərdə qeyd olunacaq.

O ki qaldı qanvermə aksiyalarının keçirilməsinə...

Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il də pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.

Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.