AZ
Video yüklə

Saatda 200-lə gedən TƏCİLİ YARDIM maşınları

46 baxış Son xəbərlər
Dubayın Təcili Tibbi Yardım Korporasiyası üç təkərli superkarını təqdim edib.
Dubayın Təcili Tibbi Yardım Korporasiyası (DCAS) Arab Health 2018 tədbirində üç təkərli superkarını təqdim edib.

The Khaleej Times-ın verdiyi məlumata görə, Polaris Slingshot adlanan texnika çağırışa saatda 200 sürətlə gedə biləcək.

DCAS nümayəndələri bildiriblər ki, damsız və qapısız olan rodster operativ tibbi yardım üçün bütün vacibatlarla təchiz olunub və hətta yolsuzluq avtomobili kimi də istifadə oluna bilinəcək.

DCAS avtoparkında ilk təcili yardım sporkarları 2014-cü ildə istifadəyə verilib. Statistikaya görə, həmin vaxt kritik vəziyyətdə olanların ünvanına təcili yardım maşını 8 dəqiqəyə çatırdı. Hazırda bu müddəti 4 dəqiqəyə salmaq hədəflənib.

Polaris firmasının istehsal etdiyi Slinqşot («Sapand») hələ ki, pasiyent daşımaq və ya hospitala adam aparmaq üçün təyin olunmayıb. Bunun üçün helikopter və ya təcili yardım maşınlarını gözləmək lazım gələcək./faktxəbər

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.