AZ
Video yüklə

Saakaşvili Niderlandda şəxsiyyət vəsiqəsi aldı

10 baxış Son xəbərlər
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.
APA TV-nin xəbərinə görə, bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
"Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi təqdim olundu. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, - M.Saakaşvili belə yazıb.
Eyni zamanda, o, Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu da vurğulayıb.
Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.