Rusları qovan ukraynalı danışdı
491 baxış
Son xəbərlər
Nikolayev vilayətinin Voznesensk şəhərində rus hərbçilərini həyətlərindən qovaraq sosial şəbəkələrdə məşhurlaşan ailə hadisənin bir neçə təfərrüatını danışıb.
Yeniavaz.com xəbər verir ki, onlar bu barədə “Azadlıq Radiosu”nun Ukrayna xidmətinin reportajında bildirilib.
“Tankların üzərində Z hərfini gördüm, sonra 10-15 piyada gəldi, həyətə girdilər, kameralarda görürəm ki, ruslar içəri girir”, - həyətinə rus hərbçiləri girən şəxs deyib.
O bildirib ki, daha sonra arvadı ilə onları qarşılamağa çıxıb. Rus əsgərləri onları hədələyib atəş açıblar:
“Onları rusca nalayiq sözlərlə qarşıladıq. Fikirləşdik ki, “Yat!”, “Əllər yuxarı!” sözləri ilə bizi qorxudacaqlar. Biz yenidən onların rusca cavabını verdik. Sonra bir növ bizi qorxutmaq üçün havaya atəş açmağa başladılar. Biz onları yavaş-yavaş həyətimizdən qovduq, vəssalam”.
Qeyd edək ki, ötən gün ukraynalı ailənin onların həyətinə daxil olan rus silahlılarının qarşısına əliyalın çıxıb müqavimət göstərməsi videosu sosial şəbəkələrdə yayılıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.