Rusiyanın nüvə raketi Azərbaycanın "üstündən" uçub
13 686 baxış
Son xəbərlər
Ötən gün Rusiya özünün “Topol-M” qitələrarası ballistik raketini sınaqdan keçirib.
Oxu.Az “Virtualaz”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə “eksperimental başlıqla” təchiz edilmiş raket Həştərxan vilayətindəki Kapustin-Yar poliqonundan buraxılıb. Raket Qazaxıstanın Sarı-Şaqan poliqonundakı hədəfi müəyyən edilmiş dəqiqliklə vurub. Nazirliyin bildirdiyinə görə raket sınağı ballistik raketlərin perspektiv döyüş təchizatını yoxlamaq üçün keçirilib. Müdafiə Nazirliyi raket sınağının videogörüntüsünü də yayıb.
Raketin uçuşu başlayandan sonra Rusiyanın cənub regionlarının sakinləri səmada “naməlum uçan obyekt” göründüyü haqda sosial şəbəkələrdə bir-birlərini xəbərdar ediblər. Raket Azərbaycan və Ermənistanın da üzərindən keçib. Nəticədə bəzi sakinlər ballistik raketi uçan naməlum obyekt zənn ediblər. Məsələn, Mingəçevir sakini Elsevər Cəfərli saytlardan birinə danışıb ki, o, ötən gün axşam səmada naməlum obyekt görüb. Sakin obyektin səmada işıq saça-saça uçduğunu, daha sonra yox olduğunu deyir.
Xatırladaq ki, Rusiya sentyabrın əvvəllərində Plesetsk poliqonundan “eksperimental başlıqlı “Yars” ballistik raketini buraxıb. Raket Kamçatkadakı Kura poliqonunda təyin edilmiş hədəfi vurub.
N.O.
www.oxu.az

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.