“Rusiyanın dostu olmaq daim uduzmaq deməkdir”
45 baxış
Son xəbərlər
Ermənistanda Rusiyaya qarşı iradlar və tənqidlər durmadan artır.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 16-sı “Solovyov LIVE” verilişinin efirində Azərbaycan-Ermənistan sərhədində yaranmış cari vəziyyət müzakirə olunub.
Verilişə dəvət olunan qonaqlardan biri isə Ermənistanda siyasi şərhçi və jurnalist Hayk Xalatyan olub. Xalatyan çıxışı zamanı Rusiyanın ünvanına kəskin iradlar səsləndirib və vurğulayıb ki, Rusiyanın dostu olmaq daim uduzmaq deməkdir.
“Moskva elə edir ki, Rusiya ilə dost olmaq “luzer” sözünün sinoniminə çevrilib. Əgər Rusiya iləsinizsə, həm daxili, həm də xarici siyasətdə “luzersiniz”. Çünki Rusiya Donbassdan başlayaraq, Qarabağ, Ermənistana qədər səni dəstəkləməyəcək və kömək etməyəcək. Rusiyanın dostu olmaq “luzer” olmaq deməkdir və daim uduzmaqdır. Rusiyanın hazırkı siyasəti məhz bu deməkdir”, - deyə Xalatyan qeyd edib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.