AZ
Video yüklə
Rusiyanın Azərbaycandan 5 istəyi açıqlanıb

Bu video hazırda oynadıla bilmir.

Rusiyanın Azərbaycandan 5 istəyi açıqlanıb

638 baxış Son xəbərlər
Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Ermənistan müxalifəti İrəvanın mərkəzindəki “inqilab çadırları”nı sökdü. Sizcə, bir aydan çox etiraz aksiyaları keçirən müxalifət Baş nazir Nikol Paşinyanı niyə devirə bilmədi? Ümumiyyətlə, hədəf onu devirmək idimi?

– Ermənistanda “etiraz aksiyaları”nı maliyyələşdirən, təşkil edən, ssenarisini yazan Rusiya idi. Baş verənlərdən bir daha əmin olduq ki, Rusiya nə narazıların inqilab istəklərini, nə də dövlət çevrilişini reallaşdıra bilir. Rusiyanın bacardığı çox kobud şəkildə ölkələrin daxili işlərinə və ərazi bütövlüyünə müdaxilə etməkdir. Ermənistan müxalifətinin məqsədi isə Paşinyanı devirmək olmayıb. Sadəcə olaraq, Paşinyana təzyiq göstərərək Rusiyanın maraqlarına cavab verən situativ vəziyyət yaratmaq idi. Amma bu alınmadı.(kaim.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.