AZ
Video yüklə

Rusiyada təyyarə qəzası: Ölənlər var

102 baxış Son xəbərlər
Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.



Oxu24.com apa.az-a istinadən xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.



Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub, 22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.



Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib.

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.

Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş. Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.