Rusiyada polisə hücum
18 baxış
Son xəbərlər
Rusiyanın Nijniy Novqorod şəhərində polisə hücum etmiş şəxsin saxlanılması ilə bağlı onun gizləndiyi mənzildə əməliyyat keçirilib. Cinayətkar müqavimət göstərdiyinə görə xüsusi təyinatlılar tərəfindən öldürülüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, əməliyyat zamanı üç hüquq mühafizə orqanı əməkdaşı yaralanıb.
Mayın 4-də Nijniy Novqorodda sənədlərinin yoxlanılması zamanı kimliyi açıqlanmayan şəxs hüquq mühafizə orqanları əməkdaşlarına silahlı hücum edib, daha sonra isə aradan çıxıb.
Cinayətkar Akademik Pavlov küçəsində yaşayış binasına daxil olaraq, mənzillərdən birində barrikada qurmuşdu.
“Vəziyyətin təhlükəli olmasını nəzərə alaraq Rusiya FTX-nin xüsusi təyinatlıları ünvanda giriş-çıxışları bağlayıb. Silahı yerə qoy əmrinə, cinayətkar avtomat silahdan atəş açmaqla cavab verib”, - deyə FTX-nın ictimai əlaqələr şöbəsindən bildiriblər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.