Rusiya planı dəyişib: Kiyev artıq hədəf deyil
6 220 baxış
Son xəbərlər
ABŞ Rusiyanın hücum əməliyyatı uğursuz olduğu üçün qüvvələrini Kiyevin deyil, Ukraynanın şərqinin ələ keçirilməsi üçün səfərbər edəcəyini hesab edir.
Yenislik.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Pentaqondakı yüksək vəzifəli nümayəndənin verdiyi xəbərə əsasən, Rusiya silahlı qüvvələri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ilə danışıqlarda təsir etmək üçün Donbası və bölgəni müdafiə edən ukraynalı döyüşçülərini təcrid etməyə çalışacaq.
Rusiya ötən gün bəyan edib ki, “xüsusi əməliyyat”ın birinci fazası, demək olar ki, başa çatıb və diqqətini Donbasın “tam azad olunması”na yönəldəcək.
Pentaqon rəsmisinin sözlərinə görə, ruslar buna böyük əhəmiyyət verirlər və bu barədə ABŞ-ın əlində olan məlumat Rusiyada olan informasiya ilə üst-üstə düşür.
Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyinə çəkiliblər, Ukrayna ordusu isə Çerniqov istiqamətində irəliləyir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.