Rusiya Müdafiə nazirinin müavini Xankəndinə gəldi
193 baxış
Son xəbərlər
Rusiya Müdafiə Nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.
Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib.
“Bu gün 25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”,- deyə Bulqakov açılışda qeyd edib.
O bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir, lazım gəldikdə, sülhməramlılara ixtisaslı yardım göstəriləcək. Onun sözlərinə görə, səyyar xəstəxananın quraşdırılması aprelin sonunadək başa çatacaq. (qafqazinfo)

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.