AZ
Video yüklə
Rusiya hansı hallarda nüvə silahına əl ata bilər?

Bu video hazırda oynadıla bilmir.

Rusiya hansı hallarda nüvə silahına əl ata bilər?

542 baxış Son xəbərlər
Rusiya hansı hallarda nüvə silahından istifadə edə bilər?

2020-ci ilin yayında Rusiya yei nüvə doktrinasını qəbul edib. Həmin sənəddə rəsmi Moskvanın nüvə silahından istifadə hüququnu özündə saxladığı ssenarilərin siyahısını öz əksini tapıb.

Cəmi dörd belə ssenari var:

1. Rusiyaya istiqamət almış ballistik raketlərin buraxılması barədə etibarlı məlumat olduqda.

2. Rusiyaya qarşı nüvə silahı və digər kütləvi qırğın silahlarından istifadə edildikdə.

3. Nüvə silahının sıradan çıxarmaq məqsədilə hərbi obyektlərə müəyyən təsiretmə cəhdi olduqda.

4. Dövlətin mövcudluğuna təhlükə yarandıqda.
Hələ doktrina qəbul edilərkən ekspertlər bu ssenarilərin qəsdən belə anlaşılmayan, qeyri müəyyən tərzdə yazıldığını bildirmişdilər. Bununla Rusiyanın hərbi-siyasi rəhbərliyi ona lazım olan anda azad manevr etmək imkanlarını saxlamağa nail olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.