AZ
Video yüklə

Rəşad dağlının oğlu xoş xəbəri bölüşdü

17 533 baxış Son xəbərlər
Meyxanaçı Rəşad Dağlının oğlu Yusif izləyiciləri ilə xoş xəbər paylaşıb.

Belə ki, o və bacısı Bətül məktəb imtahanlarında ən yaxşı nəticə göstəriblər.

Bu barədə Yusif sosial şəbəkə hesabında danışıb:

“Sizinlə xoş xəbər bölüşmək istəyirəm. Məktəbdə birinci rüb imtahanında 100 baldan 98 bal yığaraq 6-cı siniflər arasında ən yaxşı nəticəni qazanmış.am. Bacım Bətül də 3-cü siniflər arasında məktəb birincisi olub. O, 96 bal toplayıb”.

Qeyd edək ki, tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.