Regionun ən böyük şəhərində seçki

  • 15.06.2019
  • 0

İstanbulda təkrar bələdiyyə seçkilərinə bir həftə qalır. Bələdiyyə sədrliyinə namizədlər və mənsub olduqları partiyalar Türkiyənin və regionun ən böyük şəhərinin qarşıdakı 5 ildə idarə edəcək şəxsin müəyyən olunması üçün kampaniya aparır. 


CNN Türk-ün xəbər koordinatoruun sözlərinə görə, seçki ərəfəsində namizədlərin reytinqinin müəyyənləşdirilməsi üçün keçirilən rəy sorğularının nəticələri dəyişkəndir.


İstanbulda seçkilər ərəfəsində təhlükəsizlik tədbirləri də gücləndirilib. Səsvermə gününə də əlavə təhlükəsizlik tədbirləri planlaşdırılır.


Xatırladaq ki, martın 31-də keçirilən bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. Ancaq hakim partiyanın etirazlarından sonra İstanbulun 39 rayonunun bəzilərində səslərin hamısı, bəzilərində isə etibarsız bülletenlər yenidən sayılıb.


Mayın 6-da isə Yüksək Seçki Qurumu 23 iyunda İstanbul bələdiyyəsi sədri postuna təkrar seçkilər elan edib.

Nə düşünürsən?