AZ
Video yüklə
Rayonlara bu şərtlə getmək olar

Bu video hazırda oynadıla bilmir.

Rayonlara bu şərtlə getmək olar

1 857 baxış Son xəbərlər
Rayonlara gediş-gəliş yalnız fərdi nəqliyyat vasitələri ilə , eləcə də taksi xidmətindən istifadə etməklə mümkündür".

Pravda.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, el arasında "mikroavtobus" adlandırılan, əslində isə 7-8 nəfərlik minik avtomobili olanlar da rayonlara gedib-gələ bilərlər: "Əlbəttə ki, onlar taksi xidməti göstərirlər. Taksi sürücüləri tibbi-metodiki tövsiyələrə uyğun fəaliyyət göstərməlidirlər. Sürücü ilə sərnişin arasında şəffaf arakəsmə mütləq olmalı, sərnişinlərin sayı 2-dən artıq olmamaqla arxa oturacaqdan istifadə edə bilərlər. Avtobusların fəaliyyəti isə şəhər və rayon daxilidir".

Onun sözlərinə görə, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə postların fəaliyyətinə ehtiyac qalmır: "Vəziyyətdən asılı olaraq qərar qəbul olunarsa, postlar yenidən qurula bilər..."

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.