AZ
Video yüklə

Ramzan Kadırov Kiyev yaxınlığında

1 504 baxış Son xəbərlər
Ukraynanın paytaxtı Kiyevə hücumda Rusiyanın Silahlı Qüvvələrinin birləşmələri arasında çeçen xüsusi təyinatlılar da olacaq.



Sfera.az Ukrayna mediasına istinadən bildirir ki, Çeçenistanın Dövlət Teleradio Şirkəti Çeçenistan Prezidenti Ramzan Kadırovun Kiyev yaxınlığına səfəri ilə bağlı görüntülər yayıb.



R.Kadırovun köməkçisi isə İnstagram-da əvvəlcə Çeçenistan Prezidentinin Kiyevə yollandığı təyyarədən, sonra da çeçen döyüşçülərin olduğu məkandan görüntülər paylaşıb.



Çeçenistan Prezidentinin Administrasiyası Ukrayna və Rusiya mediasında, habelə sosial şəbəkələrdə yer alan bu xəbəri şərh etməyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.