AZ
Video yüklə

Ramiz Göyüşov YAP-dan çıxarılıb

51 baxış Son xəbərlər
Yeni Azərbaycan Partiyası (YAP) Bakı rayon təşkilatlarına yeni sədrlər təyin olunub.

YAP İdarə Heyətinin bu gün keçirilmiş iclasında Muxtar Nağıyevin Səbail rayon təşkilatının, Azər Süleymanovun Nəsimi rayon təşkilatının, Qafar Əliyevin Qaradağ rayon təşkilatının, Ramin Vəlibəylinin Nizami rayon təşkilatının, Bəxtiyar Nəbiyev Yasamal rayon təşkilatının, Namiq Əhmədovun Xəzər rayon təşkilatının, Vüqar Seyidlinin Suraxanı rayon təşkilatının, Samir Vəliyevin Nərimanov rayon təşkilatının, Vüqar Rəhimzadənin Xətai rayon təşkilatının, Vüsar İsmayılovun Binəqədi rayon təşkilatının, Misirxan Vəliyevin Sabunçu rayon təşkilatının, Emil Abasovun isə Pirallahı rayon təşkilatının sədri təyin olunması barədə qərar qəbul edilib.

Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev və Tağı Əhmədov isə YAP Veteranlar Şurasına üzv qəbul olunublar.

Qeyd edək ki, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiyadan xaric edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.