AZ
Video yüklə

Qusarda qadın sahibkarlarla görüş keçirilib

4 baxış Son xəbərlər
İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Çaru Bista Qusar rayonuna səfər etdilər. Səfərin əsas məqsədi Qadın Resurs Mərkəzi üzvləri ilə görüşmək və son bir neçə il ərzində yerli qadınlar tərəfindən qurulmuş kiçik bizneslərə baş çəkməkdir. Qusar Qadın Resurs Mərkəzində keçirilən tədbirdə qeyd olundu ki, 2018-dən bu yana layihə çərçivəsində Qusar, Sabirabad və Xəzər rayonunda “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi həyata keçirilir. Nəticədə 115 qadın öz biznesini qurub. Bunlardan 30-u Qusar rayonundadır. 678 qadın məşğulluqlarını və biznes bacarıqlarını artırmaq üçün təlimlərdə iştirak edib.

Tədbirdə həmçinin layihə çərçivəsində təşkil olunan təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim edildi. Qeyd olundu ki, layihənin ikinci mərhələsi 2022-ci ilin yanvar ayından başlayıb. Bu mərhələdə layihə çərçivəsində fəaliyyət göstərən QRM-lərə dəstək davam edəcək və daha bir Mərkəz münaqişədən zərər çəkən Füzuli rayonunda açılacaq. 4 rayonda 130 qadına biznes qurmaqda dəstək veriləcək və 350 qadın məşğulluq imkanlarından yararlanacaq. Layihə özəl sektorla da əməkdaşlığı hədəfləyir.

Sonda qonaqlar layihə çərçivəsində öz biznesini quran 20-dən artıq qadının əl işləri və məhsullarından ibarət sərgi ilə tanış oldular.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.