Qubada regional konfrans keçirilir
5 baxış
Son xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qubada “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirilir. Konfransın açılış mərasimində çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı bildirdi ki, 3 gün davam edəcək konfransda din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər, həmçinin qarşıda duran vəzifələr müzakirə olunacaq.
Mübariz Qurbanlının sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sağlam dövlət-din münasibətləri formalaşıb. Bu gün Prezident İlham Əliyev də dini sahəyə xüsusi həssaslıqla yanaşır. Azərbaycan dünyəvi dövlət olsa da, xalqımız hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb. Azərbaycanın dövlət-din modeli zəngin tariximizə, eləcə də tolerant ənənələrimizə əsaslanır.
Konfranda həmçinin "Müasir çağırışlar və qarşıda duran əsas hədəflər" mövzusunda videoçarx nümayiş etdirildi. Onu da bildirək ki, regional konfrans avqust ayının 4-dək davam edəcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.