Qoşa Qala qapıları bərpa olundu
5 baxış
Son xəbərlər
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, işlərə bu ilin ortasından başlanıb. Layihəyə əsasən, Qoşa Qala qapılarında həm İçəri Şəhər, həm də Bayır şəhər tərəfdən bərpa-konservasiya işləri aparılıb.
Bərpa və konservasiya işlərini Avstriyanın tanınmış şirkətlərindən biri həyata keçirib. Şirkətin rəhbəri Erik Pummerin sözlərinə görə, işə öncə Qala divarlarının daxili hissəsindən başlanıb, daha sonra isə qapıların yanındakı iki bürc də daxil olmaqla, abidə xaricdən bərpa olunub. Qala divarlarının bərpasını isə bir sıra səbəblər zəruri edib.
Qoşa Qala qapılarında aparılan təmir-bərpa işləri zamanı bəzi materiallar xaricdən gətirlib. Məqsəd qala divarlarının xarici təsirlərə qarşı dözümlülüyünü artırmaqdır.
Qeyd edək ki, "İçərişəhər" Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya olunmayıb, yalnız 2011-2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimal-qərb istiqamətində bərpa edilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.