AZ
Video yüklə

Qobustanda yanacaqdaşıyan avtomobili yanıb, bir nəfər ölüb

65 baxış Son xəbərlər
Yenilik.az xəbər verir ki,Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobili yanıb, bir nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir. Əraziyə dərhal Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.
Hadisə barədə ətraflı məlumat veriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.