AZ
Video yüklə

Qızılcıq mövqeyimiz: Erməni nazir sualdan qaçdı

43 baxış Son xəbərlər
Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan jurnalistlərin Qızılcıq (İşxanasar) ilə bağlı sualından yayınıb.

Axar.az xəbər verir ki, jurnalistlər Qızılcıq kənd icmasının Azərbaycan Ordusunun Qızılcıq dağının bir hissəsindəki mövqeyindən geri çəkildiyi barədə iddiasının nə dərəcədə doğru olduğunu soruşublar.

Nazir müavininin jurnalistə cavabı isə belə olub:

“Ötən dəfə yazdığın kimi, bu dəfə də qaçacam. Gələn dəfə cavab verərəm”.

O, Azərbaycan ordusunun geri çəkilmə xəbərinə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, az öncə Qızılcıq kənd icmasının rəhbəri Marat Petrosyan guya Azərbaycan Ordusunun 16 Noyabr döyüşlərində möhkəmləndiyi mövqelərdən birini (Qızılcıq dağı istiqamətindəki) tərk etdiyini açıqlamışdı.

Bu xəbər saytımız hərbi mənbələrə istinadla təkzib edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.