AZ
Video yüklə

“Qırmızı mopedli” aptek soyğunçusu tutuldu

304 baxış Son xəbərlər
Paytaxtda apteklərdən çoxsaylı oğurluq və soyğunçuluqlar edən “Qırmızı mopedli” şəxs saxlanılıb

YPX.AZ xəbər verir ki, paytaxtda apteklərdən oğurluq və soyğunçuluq yolu ilə kütləvi şəkildə talançılıq əməlləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Xətai rayonlarında yeləşən apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur müəyyən olunub. O, ifadəsində apteklərdən oğurluq etdiyini etiraf edib. Saxlanılan şəxs məhz uşaq qidaları oğurlamasını onunla əsaslandırıb ki, karantin şəraitində aptek sahibləri şikayətçi olmayacaq və hər kəsin onun evində azyaşlı uşağının ac olmasına görə bu addımı atdığını düşünəcək. Amma özünə məxsus mopedlə paytaxt küçələrində dolaşaraq oğurluq edən Gündüz Əsədpur subaydır. O, uşaq qidalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulla öz istifadəsi üçün şəxsiyyəti istintaq tərəfindən araşdırılan mənbələrdən narkotik vasitələr əldə edib.

Qeyd edək ki, saxlanılan şəxs şübhəli yayındırmaq üçün müxtəlif vaxtlarda mopedin konstruksiyasına dəyişikliklər etməklə, rəngləyib. Onun barəsində Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gündüz Əsədpurun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.