AZ
Video yüklə

Qırmızı işıqda keçən sürücülər təhlükənin fərqinde deyillər

277 baxış Son xəbərlər
Bəzi sürücülərimiz qanunlara riayət etməyin əhəmiyyətini anlamır, qanuna hörmət etmirlər. Elə bu səbəblərdən avtomobil idarə edərkən müxtəlif qanun pozuntularına yol verirlər. Bu sürücülərdən bəziləri də sizə təqdim edəcəyimiz görüntülərdə əks olunuğu svetoforun qırmızı işığından rahatlıqla keçirlər, sanki heç bir hadisənin baş verməyəcəyini qarantiləyiblər. Halbu ki, dəfələrlə bu səbəbdən qəzaların olmasının, yol hərəkət iştirakçılarının dünyasını dəyişməsinin şahidi olmuşuq.YPX.AZ xəbər verir ki, 10 ZL 950 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü əks yola çıxaraq svetoforda dayanan nəqliyyat vasitələrinin önünə keçir və daha sonra qırmızı işıqda yoluna davam edir. Digər görüntüdə isə 99 RF 160 dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobilin sürücüsü isə dayanmadan qırmızı işıqdan keçir.Həmin görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.