AZ
Video yüklə

Qəzaya səbəb olacaq "bəsit" qayda pozuntuları

649 baxış Son xəbərlər
Yol hərəkəti qaydalarına əməl etmək hərəkət iştirakçılarının təhlükəsizliyinin ilk amilidir. Daha sonra sürücünün daha diqqətli olması və təbii ki, təcrübəsidir onu qoruyan və təhlükəsizliyini təmin edən.
Ancaq bəzi sürücülərimiz polis əməkdaşlarının və ya xüsusi texniki vasitələrin olmadığı yerlərdə, bəzi qanuni qaydalara məhəl qoymurlar və bununlada istər özlərini, istərsə də qarşı tərəfi təhlükə qarşısında qoyurlar. Çox qısa zaman dilimində qayda-qanunlara əməl etmədən manevr, dönmə əməliyyatı etməyin və ya svetoforun qırmızı işığında keçməyin hansısa bir problemə yol verməyəcəyini düşünürlər ki, əslində bu, belə deyil. Hər gün baş verən yol qəzalarının, qəzalar zamanı hərəkət iştirakçılarının dünyasını dəyişməsinin başlıca səbəblərindən biri də bu sadaladığımız səbəblərdir.
YPX.AZ olaraq sizə təqdim edəcəyimiz video materialda “VAZ 2106” markalı avtomobil sürücüsünün yola anidən çıxması və digər hərəkət iştirakçılarına mane olması öz əksini tapır. Bəsit bir hadisə kimi görünsə də əslində hər gün yaşanan qəzalar elə ani diqqətsizlik və bəsit qayda pozuntularından qaynaqlanır.
Qeyd edək ki, bir neçə saniyə gözləməklə sürücülər çatacaqları ünvana sadəcə bir neçə dəqiqə gecikmiş olurlar. Bunu unutmamaq və təhlükələrdən maksimum dərəcədə sığortalanmaq üçün qayda-qanunlara əməl etmək mütləqdir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.