AZ
Video yüklə

Qədim misirlilərin həyatını öyrənən cihaz

23 baxış Son xəbərlər
Qədim Misirin sirlərini aşkarlamaq üçün yeni texnika mövcuddur. Biz hekayələri divarlara qazılmış fironlar barədə çox məlumatlıyıq. Lakin sadə misirlilərin gündəlik həyatı barədə nə bilirik?

Bax.tv BBC-yə istinadən xəbər verir ki, onların həyatları papirus üzərinə cızılırdı. Bu papiruslardan isə mumiya qutuları düzəldilirdi. Tullantılardan mumiya qutuları hazırlanması yaxşı hərəkət idi. Hərçənd ki, bu zaman gips və yapışqanlar yazıları silirdi. İndi hazırlanan skan texnikasında artefaktlara zərər vermədən yazıları oxumağa imkan verən işıqlandırmadan istifadə edilir. Bununla da vergi və alış-veriş kağızları kimi gündəlik əşyalar aşkara çıxır. Lakin bu yeni informasiyalar tarixçilər üçün qızıl ovu kimi bir şeydir. İndiyədək əşyalara zərər vermədən papirusların oxunması mümkün deyildi. Adi gözlə burda heç nə görmürsən. Lakin infraqırmızı işıqla burada "Irethorru" yazıldığı görünür. Bu, qədim Misirdə çox yayılmış bir addır. İndi isə yüzlərcə əşyalar oxunmağını gözləyir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.