AZ
Video yüklə

Qaydalara əməl etməyənlər cərimə edilirlər

22 baxış Son xəbərlər
Aprelin 27-dən ölkədə xüsusi karantin rejmi qaydasının qismənyumşaldılmasından bəziləri sui-istifadə edirlər.Bunu deməyə şəhərdəki mənzərə əsas verir. Görünün insanlar bəzi iş yerlərinin açılmasından istifadə edərək lüzumsuz olaraq küçələrə çıxırlar. Amma həmin şəxslər başa düşməlidirlər ki, ''COVID-19'' xəstəliyi uzunmüddətli prosesdir. Əgər bu virusa yoluxma halı çoxalarsa şərtlər daha da sərtləşdirilə bilər. Mağazanın qarşısında toplaşıb ara məsafəsinə əməl etmədən söhbət edirlər. Dayanacaqda avtobus gözləyənlər də sosial izolyasiya qaydasını kobud şəkildə pozurlar. Görüntülər paytaxtın Nəsimi rayonu metronun ''Memar Əcəmi'' stansiyasının qarşısındandır. Xatırladaq ki, bir neçə gün əvvəl Nazirlər Kobineti yanından operativ qərərgah ölkədə xüsusi karantin rejmi ilə bağlı bəzi yumşalmalar tətbiq edib. Görünən mənzərə bunu deməyə əsas verir ki, bəzi insanlar bundan sui istifadə hallarına yol verirlər. Onlar lüzumsuz olaraq küçələrə çıxırlar. Elə bu yaşlı kişi kimi. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar küçədə olan insanlar arasında sanki, təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yaranıb. Əhali arasında virusa yoluxmada artım əgər olarsa və bu prosesin ikinci dalğası başlaya bilər.İnsanlar bilməlidirlər ki, ''COVID-19'' xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Buna görə də polis əməkdaşları həm sürücü həm də piyadalara qarşı yoxlamaları daha da artırıb. Həmin şəxs bərasinsə polis inzibati qaydada cərimə tətbiq edərək onu yaşadığı ünvana göndərdi. Dayanacaqda avtobus gözləyənlərin də bir çoxunda tibbi maska yoxdur. Görünən odur ki, əvvəlki kimi insanlar 2 metrlik məsafəni də saxlamayaraq virusa yoluxma riskini artırırlar. Yaşı 65-dən yuxarı olanlar da bu cür məsələyə həssas yanaşmalıdırlar. Yol polisi də 3-cü mikrarayon dairəsi ətrafında bütün sürücüləri və sərnişinləri ciddi şəkildə yoxlayıb. İcazəsiz küçəyə çıxanlara inzibati qaydada cərimə tətbiq edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.