Qaradağ rayonunda reyd keçirilib
34 baxış
Son xəbərlər
Koronavirusa yoluxanların sayının artması nəzərə alınaraq Qaradağda pandemiya ilə mübarizə tədbirləri daha da gücləndirilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən rayonun Lökbatan və Sahil qəsəbələrində reyd keçirildi.
Reyd qəsəbələrin ərazisində yerləşən qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda aparıldı. Reyd zamanı pandemiya qaydalarına əməl etməyən şəxslərin qapalı məkanda tibbi maskadan istifadə etməməsi halları müəyyən olundu.
Qayda pozuntusuna yol verən şəxslərə xəbərdarlıq edildi.
Qapalı məkanlarla yanaşı ictimai nəqliyyatda da sakinlər və sürücülərlə maarifləndirici söhbət aparıldı, pandemiya qaydalarına əməl olunmağın vacibliyi bir daha izah edildi. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin maskadan istifadə etməsinə birbaşa olaraq nəzarət etməli olan sürücülərə də xəbərdarlıq edildi.
Qeyd edək ki, analoji reydlər paytaxtın bütün rayonlarında həyata keçirilir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.