AZ
Video yüklə
Qarabağda mühüm dəyişiklik baş tutdu

Bu video hazırda oynadıla bilmir.

Qarabağda mühüm dəyişiklik baş tutdu

383 baxış Son xəbərlər
Postmünaqişə dövrünün Rusiya-Ukrayna müharibəsinə təsadüf etməsi rəsmi Bakının bəzi məsələlərdə Moskvanın mövqeyini daha tez öyrənməsini və ona uyğun anında qərar verməsi məsələsini asanlaşdırdı. Təkcə son proseslərə nəzər salsaq, bu məsələnin nə qədər həqiqəti əks etdirdiyini anlamaq çətin deyil.

Belə ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ankaranın ardınca İrəvana getməsi Ukrayna ilə müharibə fonunda arxa plana düşən Ermənistanla Azərbaycan arasında sülh danışıqları və sərhədlərin delimitasiyası məsələsində moderatorluq fəaliyyətlərini gücləndirmək, prosesləri daha yaxından təqib etmək baxımından Moskva üçün olduqca əhəmiyyətli idi.

Amma Lavrov İrəvana çatar-çatmaz Azərbaycan ordusunun Fərruxdan çəkilməsi sualına “sonra müzakirə ediləcək” deyərək çox uğursuz bəyanatla yadda qaldı. Azərbaycan XİN-dən Moskvaya verilən nota dərhal bəyanatda dəyişikliklə müşahidə edildi ki, bu sürətlə Bakı Rusiya tərəfinin hansısa yanlışını düzəltdiyinə şahid olduğunu xatırlamıram.(kaim.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.