AZ
Video yüklə

Qanunlara meydan oxuyan "Zapı" sürücüsü həbs edildi

275 baxış Son xəbərlər
10 GP 943 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində məlumat vermişdik. 19 aprel tarixində YPX.AZ-ın əldə etdiyi görüntülərə əsasən hazırladığımız sujetdə, sürücünün cəmiyyətə açıqca hörmətsizlik etməsi, hərəkət iştirakçılarına təhükə yaratması və kobud qayda pozuntularına yol verməsindən danışmışdıq. Hazırladığımız sujetdən sonra, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən lazımı tədbirlər görülərək sürücü saxlanılıb və idarə etdiyi “ZAZ 968” markalı avtomobil cərimə meydançasına yerləşdirilib. Belə ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan YPX.AZ-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Kəlbəcər rayon sakini Malik Mamedovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub. “ZAZ 968” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M. Mamedov 15 gün müddətə inzibati qaydada həbs edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.