İngiltərənin Liverpul şəhərində qandonduran hadisə qeydə alınıb. AZXEBER.COM "Qafqazinfo” istinadən xəbər verir ki, Co Çapin adlı şəxs bir qadının uşağın boynuna ip bağlayaraq sürüdüyünü görüb. O, dəhşətli hadisəni lentə alaraq sosial mediada paylaşıb. Ətrafda bunu görən heç kimin qadına reaksiya göstərməməsi ciddi müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri yerdə sürünənin uşaq olmadığını və hərəkətsiz qaldığı üçün kuklaya oxşadığını bildiriblər. Faktla bağlı polis araşdırma aparır.